Xəstəliklər
Allergiyası olanlar bu qidaları qəbul etməməlidir -
Xəstəliklər
294

Allergiyası olanlar bu qidaları qəbul etməməlidir - Əks halda...

Əgər allergiyanız varsa, sitrus meyvələri, çiyələk və şokoladdan uzaq durmalısınız. Çiçəkləmə dövründə bir çoxları ot qızdırmasından (Pollinoz xəstəliyi) əziyyət çəkir. Bu, bitki poleninə allergik reaksiyadır.

E-saglam.az xarici KİV-ə istinadən xəbər verir ki, burun damcıları ilə allergiyadan azad olmaq düzgün seçim deyil.

Rusiyalı dietoloq, biokimyaçı Stanislav Şeremetyevin sözlərinə görə, düzgün pəhriz saxlasanız, ot qızdırmasının sadəcə yüngül formasını keçirə bilərsiniz.

Sitrus meyvələri, çiyələk, qoz-fındıq, şokolad, qazlı içkilər, ədviyyatlı yeməklər, yumurta və donuz əti histamin istehsalını artırır. Bunların mütəmadi istehlak olunması tövsiyə olunmur.

Allergik reaksiyaların 90%-nə səbəb olan "Böyük Səkkizlik" məhsullara süd, yumurta, balıq və dəniz məhsulları, qoz-fındıq, fıstıq, buğda və soya daxildir.

Taxıllara qarşı allergiyanız varsa, fıstıq, kartof, pomidor, qovun və nanədən uzaq durmalısınız. Yovşana qarşı dözümsüzlük varsa, şaftalı, çobanyastığı, xardal, kərəviz və günəbaxan qadağandır. (Baku.ws)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun