Tibbi xəbərlər
Ana südü bu dəfə koronavirusda dadımıza çatacaq: Dərman hazırlanır
Tibbi xəbərlər
171

Ana südü bu dəfə koronavirusda dadımıza çatacaq: Dərman hazırlanır

Ana südü ilə körpələrə koronavirusa qarşı anticisim ötürülə bilir.

E-saglam.az xəbər verir ki, Nyu-Yorkdakı Mount Sinai Xəstəxanasının alimləri apardıqları araşdırmadan sonra belə qənaətə gəliblər.

Bildirilir ki, ana südü ilə qidalanan körpələr virusdan qismən qorunur.

Amerikalı tədqiqatçılar koronavirusdan sağalan qadınların südündə 10 aya qədər anticisimlərin qaldığını aşkar ediblər.

Hazırda elm adamları immunitetin peyvənd vurdurduqdan sonra ana südü ilə keçib-keçmədiyini araşdırırlar.

Alimlər ana südündəki anticisimləri yetkinlər üçün COVID-19-a qarşı dərmanda istifadə etmək istəyirlər./oxu.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun