Tibbi xəbərlər
Artıq çəki ilə alkoqol arasında
Tibbi xəbərlər
126

Artıq çəki ilə alkoqol arasında əlaqə aşkarlandı

Alkoqol nəinki iştahı artırır, həm də artıq qlükozanın yağa çevrilməsindən məsul olan insulinin istehsalını stimullaşdırır, bu da çəki artımına təsir edir.

E-saglam.az xəbər verir ki, bunu diyetoloq Yelena Solomatina Lenta.ru-ya bildirib.

"Orqanizm elə qurulub ki, alkoqol orqanizmdə ilk parçalanır. Yəni biz içib qəlyanaltı yeyəndə yemək gecikir, spirt parçalanmağa başlayır", - diyetoloq izah edib.

"Alkoqol iştahı artırır, beyindən müəyyən nəzarəti aradan qaldırılır və insan daha çox yeyə bilər".

Bundan əlavə, Solomatina əlavə etdi ki, alkoqollu içkilər insulin istehsalını stimullaşdıran yüksək qlisemik indeksə malikdir.

"İnsulin təkcə qlükozanın hüceyrəyə daşınmasına deyil, həm də artıq qlükozanın piyə çevrilməsinə cavabdehdir. Deməli, spirt, yağ əmələ gətirən maddədir", - həmsöhbəti fikrini yekunlaşdırıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun