Xəstəliklər
Aşağı təzyiqi necə tez qaldırmaq olar? 5 SADƏ ÜSUL
Xəstəliklər
456

Aşağı təzyiqi necə tez qaldırmaq olar? 5 SADƏ ÜSUL

Yüksək təzyiqlə müqayisədə aşağı təzyiq insan həyatına ciddi təhlükə yaratmır. Lakin təzyiqin kəskin şəkildə aşağı düşməsi insanın halının pisləşməsinə, başgicəllənməsinə, zəifliyə, halsızlığa, ağır vəziyyətdə bayılmaya səbəb ola bilər.

E-saglam.az bildirir ki, belə vəziyyətdə ev şəraitində bu kimi vasitələrdən istifadə edə bilərsiniz:

- Tünd qəhvə. Tərkibində olan kofein maddəsinə görə qəhvə tez bir zamanda aşağı təzyiqi qaldırır.

- Tünd çay. Çayın tərkibində də kofein var. Çay və ya qəhvə şirin olmalıdır.

- Darçınla bal. 1 çimdik darçının üzərinə yarım stəkan isti su tökün, 1 çay qaşığı bal əlavə edin və için. Darçın da aşağı təzyiqi yaxşı normallaşdırır.

- Ən sadə üsul - dilinizin üzərinə 1 çimdik duz tökün və onu yavaş-yavaş sovurun.

- Qulaqları ovuclarla tez-tez sürtmək də yaxşı kömək edir.

Yardım göstərdikdən əvvəl təzyiqin həqiqətən düşməsinə əmin olun. Bəzi hallarda təzyiqin qalxmasın təzyiqin düşməsi ilə səhv salına bilər.

Təzyiq sizdə tez-tez düşürsə, mütləq həkimə müraciət edin. Təzyiqin tez-tez düşməsi bəzən çox ciddi xəstəliklərin simptomu kimi meydana çıxa bilər.

Mənbə: Saglamolun.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun