Xəstəliklər
“Aşağı təzyiqim qalxıb” nə deməkdir? - Həkimdən AÇIQLAMA
Xəstəliklər
514

“Aşağı təzyiqim qalxıb” nə deməkdir? - Həkimdən AÇIQLAMA

İnsanların “aşağı təzyiqim qalxıb” dedikdə, arterial təzyiqin aşağı hüdudunun (yəni diastolik təzyiqin) yüksəlməsini nəzərdə tuturuq (məs: 120/80 göstəricisində 80 diastolik təzyiqdir).

Bu barədə E-saglam.az-a həkim-terapevt Nazilə Babayeva deyib.

Onun sözlərinə görə, diastolik təzyiq ürəyin vurğular arasında istirahəti zamanı qanın damar divarına göstərdiyi təzyiqdir: "Əgər damarlar sağlam və elastikdirsə bu zaman qan ətraf damarlara dolacaq və orqanlar qanla yaxşı təmin olunacaq. Amma əgər damarlar elastikliyini itirərsə və ya daralarsa bu zaman diastolik təzyiq dediyimiz aşağı təzyiq yüksələcək. Nəticədə beyinə və digər orqanlara az qan daxil olacaq, bu orqanlar oksigen və qidalı maddələrlə az təmin olunduğundan həmin orqanların funksional çatışmazlığı yaranacaq. Məs: beyin qan dövranın pozulması nəticəsində huşun pozulması, yaddaş zəifliyi, qulaqda küy, boyun ağrısı olacaq".

Həkim bildirib ki, arterial təzyiq göstəricisi yaşdan, fiziki aktivlik dərəcəsindən, sinir sisteminin tipindən və s. asılıdır: "Yaşla əlaqədar damar elastikliyi azaldığından təzyiq qalxır. Təzyiqin aşağı sərhəddinin daimi olaraq 100 və onun üzərində olması və ya yuxarı və aşağı təzyiq göstəriciləri arasındakı fərqin çox az olması (məs: 20-30 vahid) artıq təhlükəli hesab oluna bilər. Bu o deməkdir ki, orqanlarınız qanla çətin təmin olunur".

Könül Oruc

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun