Tibbi xəbərlər
“AstraZeneca”: “Vaxzevria” vaksini milyondan çox insanın həyatını xilas edib"
Tibbi xəbərlər
412

“AstraZeneca”: “Vaxzevria” vaksini milyondan çox insanın həyatını xilas edib"

Son 11 ay ərzində “AstraZeneca” şirkəti dünyanın 170 ölkəsinə tədarük edilmiş 2 milyard doza vaksin istehsal edib.

E-saglam.az “AstraZeneca”ya istinadən xəbər verir ki, “COVAX Facility” təşəbbüsü çərçivəsində 130 ölkəyə 175 milyondan çox vaksin tədarük edilib.

“Aparılmış qiymətləndirmələrə görə, indiyədək “AstraZeneca” şirkətinin COVID-19-a qarşı “Vaxzevria” vaksini virusa 50 milyon yoluxmanın, 5 milyon xəstəxanaya yerləşdirmə halının və bir milyondan çox ölümün qarşısını alıb”, - şirkətdən bildiriblər.

Xatırladaq ki, ötən ilin aprel ayından etibarən Azərbaycanda 60 yaşdan yuxarı şəxslərə “AstraZeneca” şirkətinin “Vaxzevria” peyvəndinin vurulmasına başlanılıb./report/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun