Qidalanma
Avokado və gül kələmini bu şəxslər
Qidalanma
729

Avokado və gül kələmini bu şəxslər tez-tez yeməlidir

Diyetoloq-məsləhətçi Aleksey Kabanov, qanda yüksək xolesterol səviyyəsinin pis qidalanmanın əsas göstəricisi olduğunu bildirib.

E-saglam.az xəbər verir ki, o, Lenta.ru ilə söhbətində, bu səviyyəni normallaşdırmaq üçün daha tez-tez yeməli olan bəzi məhsulları tövsiyə edib.

Kabanovun sözlərinə görə, avokado xolesterolun düşməsinə kömək edir. "Şübhəsiz ki, avokado ən faydalı və qiymətli məhsullardan biridir. Tərkibində doymamış yağlar var, lakin çox dadlıdır və kərə yağına bənzəyir. Bu məhsul qanda xolesterinin səviyyəsini artırmadan toxluq hissini artırır", - o izah edib.

Diyetoloq həmçinin, normal xolesterol səviyyəsini saxlamaq üçün liflə zəngin qidaların müntəzəm istehlakının vacib olduğunu qeyd edib. Gül kələmində çoxlu miqdarda lif mövcuddur. "Bu bitki məhsulu düzgün hazırlanarsa, bizim üçün düyü əvəz edə bilər. Sadəcə gül kələmini doğrayın, qurudun və zeytun yağında qızardın. Beləliklə, liflə zəngin, dadlı və təhlükəsiz bir qarnir əldə edə bilərsiniz", - Kabanov əlavə edib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun