Tibbi xəbərlər
Azərbaycan alkoqollu içkilər idxalına çəkdiyi xərci 16 %-dən çox artırıb
Tibbi xəbərlər
256

Azərbaycan alkoqollu içkilər idxalına çəkdiyi xərci 16 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 43,885 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.

E-saglam.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,127 milyon ABŞ dolları (16,2 %) çoxdur.

Yeddi ay ərzində Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər və sirkə ixracının dəyəri isə 8,236 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,863 milyon ABŞ dolları (11,7 %) çoxdur.

Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-ni, ixrac isə ümumi ixracın 0,07 %-ni təşkil edib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun