Tibbi xəbərlər
Azərbaycan XİN başçısı: "Biz vaksinlərin ədalətli paylanmasını təmin etməliyik"
Tibbi xəbərlər
184

Azərbaycan XİN başçısı: "Biz vaksinlərin ədalətli paylanmasını təmin etməliyik"

“Vaksinlər ədalətli şəkildə ölkələr arasında paylanmalıdır. Azərbaycan ilk ölkələrdən biridir ki, bu məsələyə münasibətini ortaya qoyur”.

E-saglam.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

“Prezident İlham Əliyev dəfələrlə müxtəlif beynəlxalq təsisatlarda bununla bağlı çıxışlar edib, təkliflər səsləndirib. Biz vaksinlərin ədalətli paylanmasını təmin etməliyik”, - nazir vurğulayıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun