Xəbərlər
Azərbaycana gətirilən hind quşu məhsulunda
Xəbərlər
268

Azərbaycana gətirilən hind quşu məhsulunda bakteriya aşkarlanıb

Azərbaycana idxal olunan hind quşu subməhsulunda salmonella bakteriyası aşkarlanıb.

E-saglam.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, “TFL-CO.” MMC-nin Rusiyadan idxal etdiyi “Soyuzpromptisa” MMC-yə məxsus, ümumi çəkisi 684 kq olan üç hind quşu subməhsulu partiyasından götürülən nümunələrin müayinəsi nəticəsində salmonella bakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun