Tibbi xəbərlər
Azərbaycana iyunda 54 mln. dollarlıq əczaçılıq məhsulları idxal olunub
Tibbi xəbərlər
121

Azərbaycana iyunda 54 mln. dollarlıq əczaçılıq məhsulları idxal olunub

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 253 489,88 min ABŞ dolları dəyərində 11 920,10 ton əczaçılıq məhsulları idxal olunub.

E-saglam.az xəbər verir ki, "APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk altı ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,2%, həcmi isə 1,5% artıb.

Bu ilin may ayı ilə müqayisədə iyunda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 29,3% azalaraq 53 749,68 min dollar, həcm ifadəsində isə 8% azalaraq 2 007,35 min ton təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 4,70%-nə bərabər olub.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun