Xəstəliklər
Azərbaycanda 50-yə yaxın kistoz-fibroz xəstəsi var
Xəstəliklər
256

Azərbaycanda 50-yə yaxın kistoz-fibroz xəstəsi var

"Hazırda Azərbaycanda bilinən 50-yə yaxın kistoz-fibroz xəstəsi var".

E-saglam.az “Report”a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, bu xəstələrdən bəzisi vəfat edib: "Həmin xəstələr günün ən azı 1.5 saatını müalicəyə sərf edir. Bu da onlar üçün kifayət qədər çətinlik törədir".

E.Rəhimov əlavə edib ki, Azərbaycanda 18 yaşı keçən cəmi 1 xəstə var: "Ölkədə hər yeni doğulan 5 000 uşaqdan birində kistoz-fibroz xəstəliyinə rast gəlinir. İldə təxminən yeni xəstə sayı 30-a yaxın olur. 10 milyondan çox əhalisi olan ölkəmizdə həmin xəstəliyin hansı tezliklə rast gəlindiyi hələlik məlum deyil. Xəstələrin əksəriyyəti Bakıdan, az sayda olanlar isə rayonlardandır".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun