Tibbi xəbərlər
Azərbaycanda bir sutkada 12 nəfər koronavirusdan öldü - Rekord yoluxma
Tibbi xəbərlər
201

Azərbaycanda bir sutkada 12 nəfər koronavirusdan öldü - Rekord yoluxma

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 736 yeni yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan E-saglam.az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 12 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 354 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 771 nəfər müalicə olunaraq sağalıb, 5 084 nəfər vəfat edib, aktiv xəstə sayı 13 807 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 081, ötən müddət ərzində isə ümumilikdə 4 133 796 test aparılıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun