Tibbi xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı 2000-i keçdi
Tibbi xəbərlər
233

Azərbaycanda koronavirusa yoluxanların sayı 2000-i keçdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 001 yeni yoluxma faktı qeydə alınıb, 2 145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 558 431 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 520 250 nəfər müalicə olunaraq sağalıb, 7 416 nəfər vəfat edib. 30 765 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 099, bu günə qədər isə ümumilikdə 5 347 509 test icra olunub.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun