Tibbi xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
Tibbi xəbərlər
235

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 470 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 430 717 nəfər müalicə olunaraq sağalıb, 6 280 nəfər vəfat edib, aktiv xəstə sayı 33 988 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 666, ötən müddət ərzində isə ümumilikdə 4 731 381 test aparılıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun