Tibbi xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Tibbi xəbərlər
274

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2178 yeni yoluxma faktı qeydə alınıb, 2010 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 534 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 497 363 nəfər müalicə olunaraq sağalıb, 7 132 nəfər vəfat edib, aktiv xəstə sayı 30 253 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 889, ötən müddət ərzində isə ümumilikdə 5 214 586 test aparılıb.

yoluxma sayı

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun