Tibbi xəbərlər
Azərbaycanda koronavirusa yoluxma - 200-ü keçdi
Tibbi xəbərlər
36

Azərbaycanda koronavirusa yoluxma - 200-ü keçdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 213 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan E-saglam.az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 338 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 200 nəfər müalicə olunaraq sağalıb, 4 991 nəfər vəfat edib, aktiv xəstə sayı 1 992 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 817, ötən müddət ərzində isə ümumilikdə 3 905 500 test aparılıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun