Tibbi xəbərlər
Azərbaycanda maskadan istifadə dünya üzrə orta göstəricini üstələyir
Tibbi xəbərlər
110

Azərbaycanda maskadan istifadə dünya üzrə orta göstəricini üstələyir

Azərbaycanda qoruyucu maskadan hazırkı istifadə fəallığı 75% təşkil edir.

E-saglam.az-ın məlumatına görə, “report”un yerli bürosu xəbər verir ki, bu göstərici ABŞ-ın Sağlamlıq Göstəriciləri və Qiymətləndirilməsi İnstitutunun (IHME) hesabatında əks olunub.

Gürcüstan və Ermənistan maskadan istifadə göstəricisinə görə Azərbaycandan geridə qalıb. Belə ki, Gürcüstan sakinləri arasında fərdi qoruyucu vasitədən istifadə fəallığı 60%, Ermənistanda isə 45%-dir.

Digər qonşu ölkələrə gəlincə, Türkiyədə bu göstərici 85%, Rusiyada 45%, İranda isə 54%-ə bərabərdir.

Sənəddə dünyada maskadan istifadə üzrə orta göstəricinin 65% olduğu qeyd olunub.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun