Xəbərlər
Azərbaycanda meyitlərin yandırılması üçün
Xəbərlər
530

Azərbaycanda meyitlərin yandırılması üçün mərkəzlər yaradılacaq - VİDEO

Azərbaycanda meyitlərin yandırılması üçün kremasiya mərkəzləri yaradılacaq.

E-saglam.az Xəzər TV-yə istinadən bildirir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir. Bu gün ölkədə müxtəlif din, etiqad nümayəndələri yaşayır. Onların etiqad azadlığı təmin olunur. Elə buna görə də meyitlərin yandırılması üçün xüsusi mərkəzlər yaradılacaq. Bu ona görə ediləcək ki, gələcəkdə hansısa etiqad nümayəndəsinin belə arzusu olduqda, bu, qanuna istinadən tənzimlənsin.

Ceyhun Məmmədov bildirib ki, meyitlərin yandırılması üçün nəzərdə tutulan xüsusi mərkəzlərlə bağlı araşdırma aparılır.

O da bildirilib ki, hazırda cəsədinin yandırılmasını istəyən az sayda insan var, bu kütləvi deyil.

Daha ətraflı videomaterialı təqdim edirik.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun