Tibbi xəbərlər
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 4000-i keçdi: Çox sayda ölən var - FOTO
Tibbi xəbərlər
185

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 4000-i keçdi: Çox sayda ölən var - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 129 yeni yoluxma faktı qeydə alınıb, 968 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan E-saglam.az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 20 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 377 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 341 142 nəfər müalicə olunaraq sağalıb, 5 208 nəfər vəfat edib, aktiv xəstə sayı 30 954 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 740, ötən müddət ərzində isə ümumilikdə 4 252 882 test aparılıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun