Tibbi xəbərlər
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı məlum olub
Tibbi xəbərlər
109

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı məlum olub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 199 yeni yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan E-saglam.az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından iki nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 337 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 020 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1 791 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 093, ötən müddət ərzində isə ümumilikdə 3 886 055 test aparılıb.

Qeyd edək ki, dünənki statistikada son sutka ərzində 146 nəfərdə koronavirusa yoluxma aşkarlanmışdı.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun