Xəbərlər
Azərbaycanda tanınmış oftalmoloqu maşın vurub
Xəbərlər
380

Azərbaycanda tanınmış oftalmoloqu maşın vurub

Azərbaycanda tanınmış oftalmoloqu maşın vurub.

APA-nın məlumatına görə, hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində baş verib.

Nicat Məlikov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən piyada 64 yaşlı Gülnarə Məmmədovanı vurub. Gülnarə Məmmədova Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Gülnarə Məmmədova uzun illərdir Şəki RMX-də göz həkimi kimi əhaliyə xidmət göstərir.

Faktla bağlı araşdırma aparılır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun