Xəstəliklər
VALİDEYNLƏRİN NƏZƏRİNƏ: Azərbaycanda uşaqlar arasında YENİ VİRUS yayılıb
Xəstəliklər
417

VALİDEYNLƏRİN NƏZƏRİNƏ: Azərbaycanda uşaqlar arasında YENİ VİRUS yayılıb

Hazırda valideynlər tərəfindən uşaqlar arasında yeni virusun yayıldığı bildirilir. Əlamətlər isə əsasən iştahsızlıq, qızdırma, qusmadan ibarətdir.

Maraqlıdır, bəs bunun səbəbi nələrdir? Valideynlər övladlarını sözügedən virusdan necə qoruya bilərlər?

E-saglam.az xəbər verir ki, mövzu ilə bağlı olaraq lent.az-a açıqlama verən Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Erkin Rəhimov bildirib ki, bu aylarda yayılan infeksiya rotavirusdur:

“Rotavirusun əlamətləri qızdırma, iştahsızlıq, ishal və qaytarmadır. Uşaqları bundan qorumaq üçün əsas şərt təmizliyə riayət edilməsidir. Uşaqların içdiyi sulardan tutmuş hər şeyin təmiz olmasına nəzarət etmək lazımdır”.

E.Rəhimov əlavə edib ki, rotavirus əleyhinə peyvəndlər körpələrin 2, 4 və ya 3, 5 aylarında vurulmalıdır:

“Sözügedən peyvənd uşaqları rotaviruslardan qoruyur”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun