Tibbi xəbərlər
Azərbaycanda vaksinasiya olunanların sayı açıqlanıb
Tibbi xəbərlər
166

Azərbaycanda vaksinasiya olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 11 197 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 376, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 5752 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 928 938 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 999 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 438 447, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 490 878 təşkil edir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun