Tibbi xəbərlər
Azərbaycanda vaksinasiyadan keçən təhsil işçilərinin sayı açıqlanıb
Tibbi xəbərlər
144

Azərbaycanda vaksinasiyadan keçən təhsil işçilərinin sayı açıqlanıb

Təhsil işçilərinin vaksinasiyası prosesi davam etdirilir.

Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda ölkə üzrə bütün təhsil işçilərinin 86 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib.

Qeyd olunub ki, ümumi təhsil müəssisələrində çalışan təhsil işçilərinin 90 faizi vaksinasiya prosesində iştirak edib. Bakı şəhəri üzrə bu göstərici 88, Sumqayıt şəhəri üzrə 92, Gəncə şəhəri üzrə 94, Abşeron rayonu üzrə 89, Yardımlı rayonu üzrə 97, Naftalan şəhəri üzrə 96, Şirvan, Qazax və Tərtər rayonlarının hər biri üzrə 95 faiz təşkil edir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun