Tibbi xəbərlər
Azərbaycanda vurulan vaksinlərin sayı 10 milyonu ötüb
Tibbi xəbərlər
357

Azərbaycanda vurulan vaksinlərin sayı 10 milyonu ötüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 082 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 032, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 580, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 470 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 021 688, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 012 689, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 464 036, buster doza üzrə vaksinasiya olunanların sayı isə 544 963 təşkil edir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun