Xəbərlər
Azərbaycanın məşhur Xalq artisti vəfat etdi
Xəbərlər
226

Azərbaycanın məşhur Xalq artisti vəfat etdi

Xalq artisti, opera ifaçısı, Prezident təqaüdçüsü Şahlar Quliyev vəfat edib.

E-saglam.az bildirir ki, bu barədə onun oğlu, aktyor Nofəl Şahlaroğlu "Instagram" hesabında məlumat verib.

"Allah sənə rəhmət etsin, ay ata. Bağışla, səni qoruya bilmədim. Görüşərik…" - aktyor yazıb.

Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E.Quliyevanın sinfi) bitirib. 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti olub.

Qeyd edək ki, Xalq artisti bir neçə il əvvəl onkoloji xəstəlik səbəbindən əməliyyat olunmuşdu.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun