Tibbi xəbərlər
AZƏRTAC-ın və AZTV-nin əməkdaşları Kəlbəcər rayonunda minaya düşərək həlak olublar
Tibbi xəbərlər
74

AZƏRTAC-ın və AZTV-nin əməkdaşları Kəlbəcər rayonunda minaya düşərək həlak olublar

AZƏRTAC-ın və AZTV-nin əməkdaşları Kəlbəcər rayonunda minaya düşərək həlak olublar.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AZTV) işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan əməkdaşları iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşüblər.

E-saglam.az AZƏRTAC-a istinadən xəbər verir ki, çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət olan yolda tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov həlak olub, yaralananlar var.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.

 

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun