Xəstəliklər
Babasili (hemoroid) olanlar nələrə diqqət etməlidir?
Xəstəliklər
171

Babasili (hemoroid) olanlar nələrə diqqət etməlidir?

Babasili (hemoroid) olanlar nələrə diqqət etməlidir?

E-saglam.az xəbər verir ki, hemoroidi olanların diqqət etməli olduğu digər şeylər bunlardır:

- Nə qədər ağrılı və acılı olsa da, nahiyəni təmiz saxlamaq lazımdır. Təmizləmə zamanı aşındırıcı məhsullardan və sərt sürtmədən qaçınmaq lazımdır. Hemoroid qaşınmamalı və qanaxmamalıdır.

- İnsan ideal çəkisində qalmağa diqqət etməli və çəki artımının olmamasına fikir verməlidir.

- Tualetdə uzun müddət oturmaq və gərginləşdirmək hemoroidin yaranmasına səbəb olar və problemi daha da ağırlaşdıra bilər. Hemoroidi olanlar uzun müddət tualetdə oturmaqdan çəkinməlidirlər.

- Uzun müddət oturmaq hemoroidə səbəb ola bilər, buna görə də mümkünsə uzun müddət oturmamağa diqqət yetirilməlidir.

- Stress, hər hansı bir xəstəlikdə olduğu kimi hemoroid xəstələrində də xəstəliyi şiddətləndirə bilər.

- Yuxusuzluq və yorğunluq mövcud şikayətləri artıra bilər.

Tərcümə: Könül Oruc

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun