Badamcıqlar immun orqandır və uşaq yaşlarında timus kimi badamcıqlar da immun müdafiə üçün ölçücə böyük ola bilər və getdikcə 12-15 yaşa qədər balacalana bilər.
E-saglam.az-a bu barədə həkim-pediatr Günay Rəsulova məlumat verib.
Belə ki, övladına yanlış diaqnoz qoyulan pasiyent G.Rəsulovaya müraciət edib. Pasiyentə "Bu uşağın artıq əti var, dedilər kəsdirmək lazımdır” - deyiblər.
Nədir axı bu “artıq ət”?
Doğrudandamı badamcıqlar ölçücə böyükdürsə bu “artıq ət” sayılır?
G. Rəsulova deyir ki, badamcıqlar immun orqandır və uşaq yaşlarında timus kimi badamcıqlar da immun müdafiə üçün ölçücə böyük ola bilər və getdikcə 12-15 yaşa qədər balacalana bilər. Əgər bu görünən böyük badamcıq uşağın tənəffüsündə problem yaratmırsa, tez-tez iltihablanıb, angina olmursa (tez-tez dediyimiz, 1 ildə 7-8 dəfə, 2 il ard-arda hər il ən az 5 dəfə, 3 il, hər il ən az 3 dəfə) bu “artıq ət” sayılmır, kəsdirmək qətiyyən lazım deyil, əksinə, zərərdir. Bu görüntü tamamilə normal bir haldır, uşaq böyüdükcə bu tonzillər get gedə balacalaşır.
Könül Oruc