Tibbi xəbərlər
Bakıda ictimai nəqliyyatda və qapalı məkanlarda maska taxmayanlara qarşı reyd keçirilib
Tibbi xəbərlər
231

Bakıda ictimai nəqliyyatda və qapalı məkanlarda maska taxmayanlara qarşı reyd keçirilib

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qapalı məkanlarda maska taxmayanlara qarşı reyd keçirib.

E-saglam.az xəbər verir ki, polis əməkdaşları Bakı şəhərinin Nəsimi rayonu ərazisində, o cümlədən metronun "Memar Əcəmi" stansiyasının həndəvərində maskadan düzgün istifadə etməyən şəxslərlə profilaktik söhbət aparıblar.

Həmin şəxslərə maskadan düzgün istifadə qaydaları haqda məlumatlar verilib.

Reyd çərçivəsində pandemiya qaydalarını pozan iki sahibkar cərimələnib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, metroda, ictimai nəqliyyatda və qapalı məkanlarda maskadan istifadə məcburidir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun