Tibbi xəbərlər
Bakıda koronavirusa yoluxmanın ən çox qeydə alındığı rayonlar açıqlandı - SİYAHI
Tibbi xəbərlər
178

Bakıda koronavirusa yoluxmanın ən çox qeydə alındığı rayonlar açıqlandı - SİYAHI

Paytaxt üzrə koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

E-saglam.az xəbər verir ki, bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, statistik göstəricilərə görə, paytaxt üzrə qeydə alınan yoluxma hallarının 14,6 %-i Binəqədi rayonunun payına düşür.

Ardıcıllığa əsasən, yoluxma hallarına görə ikinci yerdə 13,5 % ilə Xətai rayonu qərarlaşır. 

Digər rayonlar üzrə isə Yasamalda 11,8 %, Sabunçuda 11,7 %, Suraxanı 8,3 %, Nərimanovda 7,9 %, Nəsimidə 7,7 %, Xəzərdə 7,5 %, Nizamidə 7,1 %, Səbaildə 4,9 %, Qaradağda 4,4 %, Pirallahıda isə 0,5 % yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 54,6 %-i Bakı şəhərində qeydə alınıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun