Balqabaq toxumunun tərkibindəki lif qanda xolesterinin ümumi miqdarını azaltmağa kömək edir və ürək xəstəliyi riskini azaldır.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, balqabaq toxumu sümük əmələ gəlməsi üçün vacib olan maqneziumun yaxşı mənbəyidir.
Yüksək maqnezium qəbulunun daha yüksək sümük sıxlığı ilə əlaqəli olduğu və postmenopozal qadınlarda osteoporoz riskini azaltdığı müəyyən edilmişdir.
Digər tərəfdən, insulinin tənzimlənməsini yaxşılaşdırmağa və orqanları diabetin nəticələrinə qarşı qorumağa kömək etdiyi bildirilir.
Tərcümə etdi: Könül Oruc