Xəstəliklər
Baş direktor narkotik asılılığının səbəblərini açıqlayıb
Xəstəliklər
239

Baş direktor narkotik asılılığının səbəblərini açıqlayıb

Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov narkotik asılılığının səbəblərini açıqlayıb.

E-saglam.az xəbər verir ki, o, səbəblər sırasında natamam ailə, boşanma, övlada məhdud sayda vaxt ayırma, nəzarətsizliyi misal gətirib.

O.Cəfərov bildirib ki, bəzən valideynlər övladlarına verdikləri pulun nə zaman və harada xərclənməsinə nəzarət etmirlər: “Bu da azyaşlıların narkotik aludəçiliyinə təkan verir. Yuxarı yaş qrupunda olan narkotik istifadəçilərinin ilk başlama bəhanələri ailədaxili sosial problemlər, pulsuzluq, əhval-ruhiyyənin aşağı düşməsi, eləcə də əhatəsində narkotik istifadəçisinin olması ilə əlaqələndiriblər. Dünya təcrübəsinə baxsaq, statistik məlumata görə, bir narkotik istifadəçisi il ərzində ən azı 2 və ya 4 nəfəri bu yola çəkməyi bacarır”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun