Xəbərlər
BDU-nun professoru vəfat etdi
Xəbərlər
383

BDU-nun professoru vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının professoru Telman Xəlilov vəfat edib.

E-saglam.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, 1938-ci il oktyabrın 26-da Bakıda anadan olub. 1957-1962-ci illərdə BDU-nun Geologiya-coğrafiya fakültəsində təhsil alıb. 1973-cü ildə kənd təsərrüfatı elmləri namizədi, 2003-cü ildə dosent, 2007-ci ildə coğrafiya elmləri doktoru, 2012-ci ildə professor elmi dərəcələrini alıb.

Telman Xəlilov 50 elmi əsərin, o cümlədən 3 monoqrafiya, 2 elmi-populyar kitab, 3 dərslik və dərs vəsaitinin müəllifi idi.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun