Sağlamlıq
Beyninizi məhv edən 5 vərdiş:
Sağlamlıq
309

Beyninizi məhv edən 5 vərdiş: Hər kəs səhərlər bunu edir

Müasir həyat tərzinin beş təhlükəli vərdişi sağlamlığınızı və zehni performansınızı təhdid edir.

E-saglam.az xəbər verir ki, mütəxəssislərə görə, səhər saatlarında etdiyimiz bəzi adi vərdişlər beynin fəaliyyətinə mənfi təsir edir.

Oyandıqdan dərhal sonra telefona baxmaq – Beynin oyanması üçün təmiz hava, günəş işığı və hərəkət lazımdır, ekran işığı deyil. Telefonla məşğul olmaq əvəzinə, qısa gəzinti və ya meditasiya daha faydalıdır.

Zərərli qidalarla günə başlamaq – Fast-food, şirinlər və emal olunmuş qidalar beyin funksiyasını zəiflədir. Onların yerinə təzə və mövsümi qidalar seçilməlidir.

Oxumamaq – Beynin də məşqə ehtiyacı var. Hər gün beş səhifə belə olsa, kitab oxumaq zehni stimullaşdırır və inkişaf etdirir.

Fiziki hərəkətsizlik – Məşq beynin qan dövranını və enerjisini artırır. Gündəlik cəmi 30 dəqiqəlik fiziki aktivlik belə uzunmüddətli fayda verir.

Yeni bacarıqlar qazanmamaq – Beyin inkişafı üçün öyrənmək vacibdir. Gündə sadəcə 1 saat yeni bir şey öyrənmək, beyni gücləndirir və stressi azaldır.

Sadə dəyişikliklərlə həm bədəninizə, həm də beyninizə xidmət etmiş olarsınız.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun