Xəbərlər
Bir gündə 6 plastik əməliyyat etdirən
Xəbərlər
292

Bir gündə 6 plastik əməliyyat etdirən qadın öldü

İdeal bədən quruluşu arzusunda olan bir çox qadınlar kimi Vivian Lira da internetdən tapdığı estetik cərraha əməliyyat etdirib.

E-saglam.az xəbər verir ki, Braziliyalı qadın eyni gündə bədənində 5 əməliyyatı birdən etdirib: liposaksiya, süd vəzi, omba əməliyyatı və s.

8 saat çəkən əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb və onu emboliya, ağır infeksiya diaqnozu ilə reanimasiyaya yerləşdiriblər. Lakin 22 gün sonra 24 yaşlı qadın ölüb.

Ailəsi bildirir ki, son 3 sutkaya qədər o anlaqlı vəziyyətdə idi və doğmaları ilə vidalaşırdı.

Qadının əri cərrahdan şikayət edib. (medicina.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun