Tibbi xəbərlər
Britaniya alimləri insanın yaşaya biləcəyi
Tibbi xəbərlər
120

Britaniya alimləri insanın yaşaya biləcəyi maksimum temperaturu müəyyən ediblər

Roehampton Universitetinin alimləri insan orqanizminin maksimum temperatur həddini müəyyən ediblər.

E-saglam.az xəbər verir ki, tədqiqatçılar könüllülərin istirahət zamanı metabolik sürətini müxtəlif temperaturlarda - otaq temperaturundan 50 dərəcəyə qədər ölçdülər. Havanın rütubəti də nəzərə alınıb.

İşin müəllifləri exokardioqrafdan istifadə edərək yüksək temperaturun ürək fəaliyyətinə təsirini öyrəniblər. 40 ilə 50 dərəcə aralığında əhəmiyyətli dəyişikliklər aşkar edilmişdir. Tədqiqatlar həmçinin könüllülərin eyni temperatur aralığında maddələr mübadiləsi sürətinin kəskin artdığını göstərdi.

Araşdırmanın aparıcı müəllifi Lewis Halsey dedi:

"Tədqiqatımız bədənin istilik stresinə necə reaksiya verdiyini, onun uyğunlaşma imkanlarını və məhdudiyyətlərini və bu reaksiyaların fərdlər arasında necə fərqləndiyini anlamağa kömək edir. Bu bilik iqlim dəyişikliyi kontekstində getdikcə daha çox əhəmiyyət kəsb edir.

Qlobal istiləşmə kontekstində bu bilik getdikcə daha qiymətli olur".

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun