Tibbi xəbərlər
BŞTİ-nin müdiri: "Məktəb daxilinə yalnız COVID-19 pasportu ilə daxil olmaq mümkündür"
Tibbi xəbərlər
142

BŞTİ-nin müdiri: "Məktəb daxilinə yalnız COVID-19 pasportu ilə daxil olmaq mümkündür"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva valideynlərin paytaxt məktəblərinin həyətlərinə belə buraxılmaması məsələsinə münasibət bildirib.

E-saglam.az xəbər verir ki, İdarənin müdiri jurnalistlərə açıqlamasında valideynlərin bu məsələyə anlayışla yanaşmalarını tövsiyə edib

O qeyd edib ki, valideynlər təhsilin bir parçasıdır: "Valideynlər də bu prosesə anlayışlı yanaşmalıdır. Əgər sıxlıq və problem yaranırsa, onların məktəbdən kənarda dayanması daha yaxşıdır. Məktəbin daxilinə isə yalnız COVID-19 pasportu ilə daxil olmaq mümkündür. Mənə elə gəlir ki, belə məqamda valideynlər övladlarının sağlamlığı üçün çalışmalıdır ki, sıxlıq prosesi tənzimlənə bilsin"./report/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun