Qidalanma
Bu içki qan təzyiqi və şəkəri
Qidalanma
309

Bu içki qan təzyiqi və şəkəri aşağı salır

Britaniyalı diyetoloq Emma Derbişir nanə çayının sağlamlıq üçün çoxsaylı faydalarını açıqlayıb.

E-saglam.az xəbər verir ki, o, "Daily Express" qəzetinə verdiyi müsahibədə bu təbii içkinin qan təzyiqi və şəkər səviyyəsini tənzimləməyə kömək etdiyini bildirib.

Mütəxəssisin sözlərinə görə, son araşdırmalar göstərir ki, nanə çayı qan təzyiqini aşağı salmağa kömək edir. Bu təsir, əsasən, nanənin damarların hamar əzələlərindəki kalsium kanallarına təsirisakitləşdirici xüsusiyyətləri ilə bağlıdır.

Derbişir əlavə edib ki, nanə çayı insulinə həssaslığı artırır, bu da qan şəkərinin daha stabil səviyyədə saxlanmasına imkan yaradır. Bu səbəbdən, o, bu içkini diabet və prediabet olan şəxslər üçün faydalı hesab edir.

Bundan başqa, nanə çayı tərkibindəki rozmarin turşusumentol kimi aktiv birləşmələr sayəsində iltihabəleyhinə təsirə malikdir. Diyetoloqun sözlərinə görə, bir neçə tədqiqat nanə çayının yaddaş, diqqət və idrak funksiyalarını da yaxşılaşdırdığını göstərib.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun