Prof. Dr. Canan Karatay, xüsusilə gənclərin və idmançıların tez-tez istifadə etdiyi enerji içkiləri barədə ciddi xəbərdarlıq edib. Onun sözlərinə görə, bu içkilər spirt qədər, hətta ondan da zərərli ola bilər.
E-saglam.az-ın məlumatına görə, Karatay bildirib ki, yüksək miqdarda kofein və şəkər ehtiva edən enerji içkiləri immunitet sistemini zəiflədir, bağırsaq fəaliyyətini pozur, beyin funksiyalarına mənfi təsir göstərir:
“Bu içkilər qısa müddətli enerji verir, amma sonra orqanizmi yorur və asılılıq yaradır”.
Ürək və qaraciyər üçün böyük təhlükə
Mütəxəssis xəbərdarlıq edib ki, enerji içkiləri qaraciyərdə yağlanma yaradır, ürək ritmini pozur və sinir sisteminə ziyan vurur:
“Bədənin müqavimətini sıfıra endirir, bir çox xəstəliyin yaranmasına şərait yaradır”.
Mütəxəssislərin qeyd etdiyi risklər:
-
Kofein zəhərlənməsi riski.
-
Asılılıq və bədənin tarazlığının pozulması.
-
Yüksək şəkər səbəbindən susuzluq.
-
Hamiləliyin ilk aylarında aşağı riski.
-
Ürək xəstəlikləri və ani tutmalar.
-
Alkoqol və dərmanlarla birgə istifadədə ciddi fəsadlar.
-
Diabet və piylənməyə səbəb ola bilməsi.
-
Taurin, jenşen və guarana kimi maddələrin yüksək dozası böyrək çatışmazlığı və sinir sistemi problemləri yarada bilər.
Tərcümə: Könül Oruc