Harvard Universitetinin alimləri gündə cəmi üç fincan qəhvə içməyin miqrenlərə səbəb ola biləcəyini müəyyən etdi.
E-saglam.az xəbər verir ki, bunu "American Journal of Medicine" jurnalında dərc olunan araşdırma sübut edir.
Müəlliflər miqrendən əziyyət çəkən 98 böyüklərin məlumatlarını təhlil ediblər. İştirakçılar altı həftə ərzində gündə iki dəfə kofeinli içki istehlakı, digər həyat tərzi amilləri və miqrenin vaxtı və xüsusiyyətlərini bildirən elektron gündəlikləri tamamladılar.
Nəticələr göstərdi ki, gündə üç və ya daha çox fincan qəhvə içmək həmin gün və ya növbəti gün baş ağrısı riskini artırır. Bu vaxt, bir və ya iki stəkan içki heç bir şəkildə vəziyyətə təsir göstərmir.
Tərcümə: Könül Oruc