Xəbərlər
Bu ilin yeddi ayında Azərbaycanda 799 nəfər İİV-ə yoluxub, 13-ü əcnəbidir
Xəbərlər
248

Bu ilin yeddi ayında Azərbaycanda 799 nəfər İİV-ə yoluxub, 13-ü əcnəbidir

Azərbaycanda narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (QİÇS) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

E-saglam.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin bildirdiyinə görə, ötən yeddi ay ərzində İİV-ə 799 nəfər yoluxub.

Onlardan 786 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 43 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olub.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun