Tibbi xəbərlər
Bu mərkəzə
Tibbi xəbərlər
309

Bu mərkəzə yeni direktor təyin edildi

Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyinin Naxçıvan Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxsinə yeni direktor təyin edilib.

E-saglam.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə sözügedən vəzifəyə Mehbalıyev Nail Nadir oğlu gətirilib. 

İxtisasca həkim-kardioloq olan Nail Mehbalıyev bundan əvvəl Naxçıvan Ürək Mərkəzinin rəhbəri vəzifəsində çalışıb. 

Xatırladaq ki, bu ilin may ayında Naxçıvan Sağlamlıq Mərkəzinin direktoru Rəşadət Nabatov vəzifəsindən azad edilərək, Naxçıvan Muxtar Respublika Xəstəxanasına direktor təyin olunub. 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun