Tibbi xəbərlər
Bu müalicə sayəsində ölümcül xərçəngdən
Tibbi xəbərlər
331

Bu müalicə sayəsində ölümcül xərçəngdən xilas oldu

İngiltərədə beyin xərçənginin ən öldürücü forması ilə diaqnoz qoyulan bir şəxsdə eksperimental dərman qəbul etdikdən sonra xəstəliyin heç bir əlaməti qalmayıb.

Bu barədə E-saglam.az xarici KİV-lərə istinadən xəbər verir.

Ben Trotmana adlı şəxsə 2022-ci ildə, 40 yaşında olarkən glioblastoma – beyin şişlərinin ən aqressiv və xərçəngli növü diaqnozu qoyulub. Bu xəstəliyə tutulanlar, adətən, diaqnozdan sonra orta hesabla 15 ay yaşaya bilirlər və 5 illik sağ qalma göstəricisi cəmi 6,9% təşkil edir.

Trotman London Universitet Kolleci Xəstəxanalarının (UCLH) nəzdində fəaliyyət göstərən Milli Neyrologiya və Neyrocərrahiyyə Xəstəxanasına göndərilib və burada UCLH-nin tibbi onkoloqu Pol Malholland tərəfindən müalicə olunub. Klinik sınaqda iştirak edən yeganə xəstə olduğu üçün Trotman, ipilimumab adlı eksperimental immunoterapiya dərmanı qəbul edib. Sınaq daha sonra pasiyent çatışmazlığı səbəbilə bağlanıb.

İpilimumab, immun hüceyrələrinin (T hüceyrələrinin) üzərindəki müəyyən bir proteini hədəfləyən və ona bağlanan bir antiteldir. ABŞ Milli Xərçəng İnstitutunun məlumatına görə, bu dərman xərçəng hüceyrələrinin immun sistemini zəiflətməsinin qarşısını alır və beləliklə, immun sistem xərçəng hüceyrələrinə hücum edərək onları məhv edə bilir.

Trotmana həmçinin radiasiya terapiyası və kimyaterapiya da tətbiq olunub.

İki ildən artıq vaxt keçməsinə baxmayaraq, onun hər rübdə aparılan müayinələri xərçəngin heç bir əlamətini göstərmir.

İqtisadiyyat.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun