Xəstəliklər
Bu problem hamilə qalmağa mane olur
Xəstəliklər
286

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya düşüklə nəticələnir.

E-saglam.az xəbər verir ki, yaranan vəziyyətin səbəblərindən biri isə uşaqlıqda yaranan poliplər ola bilər. Xəstəliyin əsas yaranma səbəbi hormonal pozuntudur – Estrogenlərin çoxluğu və progestron çatışmazlığıdır. Endometriyada (uşaqlığın içərisində) yaranan polip hamilə qalmağa mane olur. Qanaxmalara səbəb ola bilər. Digər yerləşmələrdə olması isə müxtəlif problemlər meydana çıxara bilər.
USM vasitəsilə diaqnoz qoyula bilər. Bəzən diaqnostik histeroskopiya lazım ola bilər.

Menstruasiya pozğunluğu, qanaxmalar, dəmir defisitli anemiyalar, menstruasiya arası müddətdə uşaqlıq yolundan gələn axıntı, cinsi münasibətdən sonra yaranan ağrı və ya qanlı axıntı, qarnın aşağı hissəsində ağrı, sonsuzluq, düşüklər əsas əlamətlər sırasındadır.
Müalicəsi hormonal terapiya (hormonal dərmanlar) və cərrahi üsulla aparılır.

Mənbə: medicalmedia.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun