Arıqlamaq istəyən insanlar çox vaxt pəhriz saxlayarkən onları tox saxlayacaq və kalori çatışmazlığını artıracaq qidalar axtarırlar.
E-saglam.az xəbər verir ki, 100 qram ayran şorbasında orta hesabla 60-80 kalori var. Bu baxımdan həm pəhriz saxlayanlar, həm də yüngül yeməklərə üstünlük verənlər üçün ideal variant təklif edir. Qatıq əsaslı quruluşu ilə güclü bir kalsium qaynağı olan şorba, gündəlik kalsium ehtiyacınızın əhəmiyyətli bir hissəsini qarşılaya bilir.
Şorbanın əsas tərkib hissələrindən biri olan qatıq həm immunitet sistemini dəstəkləyir, həm də sümük sağlamlığı üçün əhəmiyyətli faydalar təqdim edir. Tərkibindəki bütün buğda B vitaminləri ilə zəngindir və enerji mübadiləsinə kömək edir. Bu vitaminlər gün ərzində özünüzü daha enerjili və canlı hiss etməyə kömək edir.
Ayran şorbası sizi tox tutmaqla yanaşı, yağ yandırmağa dəstək verən xüsusiyyətləri ilə çəkiyə nəzarət etməyi də asanlaşdırır. Bədən müqavimətini artıran vitamin və minerallar sayəsində immunitet sisteminə də müsbət təsir göstərir.
Yüksək qida dəyəri və ləzzətli dadı ilə süfrələrdə öz layiqli yerini tutan ayran şorbası sağlam həyat tərzi keçirənlər üçün əvəzedilməz alternativ olmağa davam edir.
Ayran şorbası (soyuq yay şorbası) – Resept
Tərkibi:
-
1 su stəkanı buğda
-
1 su stəkanı noxud
-
250 q süzülmüş qatıq
-
250 q adi qatıq
-
1 su stəkanı soyuq su
-
1 çay qaşığı duz
-
1 dessert qaşığı xırda doğranmış şüyüd
Hazırlanma qaydası:
-
Buğda və noxudu bir gecə əvvəl ayrıca qabda suda isladın.
-
Ertəsi gün noxud və buğdanı ayrıca qablarda duzsuz suda qaynadıb tam bişirin. Bişdikdən sonra süzün və soyudun.
-
Böyük bir qabda qatıq və süzülmüş qatığı birlikdə yaxşıca çırpın.
-
Üzərinə soyumuş buğda və noxudu əlavə edin.
-
Duz və az-az əlavə edilən soyuq su ilə qarışığın qatılığını tənzimləyin.
-
Doğranmış şüyüdü əlavə edib yaxşıca qarışdırın.
-
Şorbanı ən azı 1 saat soyuducuda saxlayın. Soyuq halda süfrəyə verin.
Tərcümə: Könül Oruc