Tibbi xəbərlər
Bu tarixdə vaksin vurulana 400 min dollar veriləcək
Tibbi xəbərlər
135

Bu tarixdə vaksin vurulana 400 min dollar veriləcək

ABŞ-ın Merilend ştatının koronavirusdan peyvənd olunan sakinləri lotereyada 40-400 min dollar qazanma şansı əldə ediblər.

E-saglam.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Larri Hogan bəyan edib.

"Merilend sakinlərini koronavirusdan peyvəndlənməyə təşviq etmək üçün, Merilend lotereyası 25 May - 3 İyul tarixlərində hər gün bir peyvənd olunana 40.000 dollar (68 000 AZN) mükafat verəcək. İyulun 4-də isə (ABŞ-da Müstəqillik Günü) final oyununda vaksindən keçənlərdən biri 400 min dollar mükafat alacaq”, - deyə qubernatorun saytında bildirilib.

Qeyd olunur ki, Dövlət Səhiyyə Departamenti 18 yaşdan yuxarı peyvənd olunmuş hər bir şəxsə təsadüfi bir say təyin edəcək, sonra isə təsadüfi say generatoru qalib seçəcək./medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun