Fleboloq Tatyana Şmoilovanın sözlərinə görə, siqaret çəkmək damar sağlamlığına ən ciddi zərər verən amillərdən biridir.
E-saglam.az xəbər verir ki, o bildirib ki, nikotin və tütün tüstüsündə olan maddələr damarların daralmasına, elastikliyinin azalmasına və daxili qatın zədələnməsinə səbəb olur. Bu proses iltihabı artırır və aterosklerotik lövhələrin yaranmasını sürətləndirir.
Həkim qeyd edib ki, yalnız siqaret deyil, digər həyat tərzi faktorları da damar sağlamlığına mənfi təsir göstərir. Zəif qidalanma, fiziki hərəkətsizlik və spirtli içkilərin həddindən artıq qəbulu bu riski daha da artırır.
Bundan əlavə, xroniki stress, yuxu çatışmazlığı və qeyri-düzgün istirahət rejimi damar spazmlarına və arterial təzyiqin yüksəlməsinə gətirib çıxara bilər. Bu səbəbdən mütəxəssislər sağlam həyat tərzinin qorunmasını vacib hesab edir.
Tərcümə: Könül Oruc