Faydalı
Çayınıza şəkər əvəzinə bunu atın -
Faydalı
4016

Çayınıza şəkər əvəzinə bunu atın - Canan Karataydan sağlıqlı təklif

Çay aludəçilərinə müraciət edən Prof. Dr. Canan Karatay çayda şəkərin yeni alternativini açıqlayıb. O izah edib ki, çay bu şəkildə içiləndə çoxlu faydalar ortaya çıxır. Bu üsul aclıq hissini gecikdirir və sizi tox saxlayır.

E-saglam.az xəbər verir ki, daim şəkərin zərərlərindən danışan Karatay şəkər əvəzinə təbii yağdan istifadə etməyi təklif edib. Sağlamlığa faydalarını sadalayan Karatay, bu üsulun monqollar və qırğızlar tərəfindən də istifadə edildiyini açıqlayıb. Həm sağlamlıq üçün təsirli, həm də enerji verən bu üsul aludəçilərə təqdim edilib. Karatay çayın dadının qat-qat artdığını və bu vərdiş sayəsində həyat keyfiyyətinin artacağını bildirib.

Çaya kərə yağı atmağın faydaları

- Dəridəki quruluğu və çatları aradan qaldırmağa kömək edir və həmçinin dəriyə təbii parıltı verir.

- Bədənin müdafiə sistemini gücləndirərək, mövsümi xəstəliklərə qarşı effektiv qorunma təmin edir.

- Sağlam yağları və qida dəyəri ilə əzələ inkişafını dəstəkləyir, damar sağlamlığını qoruyaraq ürək və qan dövranı sisteminə faydalı təsirlər yaradır.

- Qan şəkərini yavaş-yavaş artıraraq ani düşmələrin qarşısını alır və gün ərzində ayıq qalmağınıza kömək edir.

- Aclıq hissini gecikdirir, beləliklə uzun müddət tox qalmağınıza imkan verir.

- Qəbizlik probleminin təbii və effektiv həllini təklif edir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun